
Güləş / Gündəm
23.09.2024, 11:00
Azərbaycanın çimərlik güləşçiləri Yunanıstanda iki medal qazanıblar
Azərbaycanın iki təmsilçisi Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində medal qazanıb.
Bu barədə Forvard.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında yarışda iştirak edən Ramiz Həsənov (80 kq) bürünc, İbrahim Yusubov (90 kq) qızıl mükafata sahib çıxıb.
Dünya Seriyasının sonuncu - final mərhələsi oktyabrın 12-13-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay