
Ağırlıqqaldırma / Gündəm
6.01.2025, 11:21
Kamran Nəbizadə vəzifədən gedir? AÇIQLAMA
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə vəzifəsindən ayrıla bilər.
News24.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Sənaye Korporasiyasının (ASK) baş direktoru Nəbizadənin vəzifədən gedişi ASK-dəki islahatlarla bağlı olduğu bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən News24.az-a belə bir məsələdən məlumatsız olduqlarını bildirdilər: "Bizdə bu gündən rəsmi iş günüdür. Bununla bağlı məlumatımız yoxdur".
Qeyd edək ki, Kamran Nəbizadə 2023-cü ildə Ağırlıqqaldırma Federasiyasının prezidenti seçilib.
Ağa Dadaşzadə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay