
"Zirə"nin futbolçusu - "Ondan istifadə edəcəyik"
Dünən "Zirə" səfərdə "Səbail"i məğlub etməklə həm 4-cü pillədə möhkəmləndi, həm də qış fasiləsinə qələbəylə yollandı. Qəsəbə təmsilçisimin üzvü İsmayıl İbrahimli qələbə təəssüratlarını Forvard.az -a bölüşdü.
"Səbail" necə istəkli olduğunu, əsasda əks hücumlarda təhlükəli olduğunu bilirdik. Odur ki, oyuna son dərəcə ciddi hazırlaşmışdıq. Meydandakı gərgin mübarizədən sonra qələbə qazandığımıza qış fasiləsinə zəfərlə yollandığımıza sevinirəm. Bir qədər istirahətdən sonra yanvarın 2-də bir araya gələcəyik. Qış toplanışından maksimum istifadə etməklə çempionatın ikinci yarısına yaxşı hazırlaşmaq istəyirik. Fasilədən sonra bizi "Araz-Naxçıvan"la çətin oyun gözləyir. Hazırkı tonusu qorumalı və uğurlu seriyamızı çempionatın ikinci yarısında da davam etdirməliyik".
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay