
"Səbail"in qapıçısı - O barədə düşünmürük
Dünən "Səbail" doğma meydanda "Zirə"ni qəbul etdi. Görüş qonaqların 1:0 hesablı qələbəsiylə başa çatdı. Bununlada "dənizçilər" qış fasiləsinə məğlubiyyətlə yolandı. Oyundan sonra meydan sahiblərinin qapıçısı Hüseynəli Quliyev Forvard.az-a danışdı.
- Meydandan ən azı 1 xalla ayrılmaq üçün nə çatmadı?
- Matça ciddi hazırlaşmışdıq. Hər iki hissədə mübariz oynadıq. Sadəcə hücumlarda son nöqtəni qoya bilmədik. Rəqib isə əlinə düşən fürsətlərin birindən maksimum yararlanaraq qol vurdu və hesabı dəyişməsinə imkan verdi.
- Ardıcıl məğlubiyyətlər aldız və qış fasiləsinə uğursuz nəticələrlə yollanırsız...
- Təbii ki, belə nəticələrin olmasını heç birimiz istəməzdik. Uğurlu oyunlar keçirərək maksimum xal toplamaqla I pərdəyə yekun vurmaq istəyirdik. Fasilədən maksimum istifadə etməli, toparlanmalı, çatışmazlıqlarımızı aradan qaldırmalıyıq.
- Elitanı tərk etmək qorxunuz varmı?
- Bu barədə düşünmürük. Futbolçular arasında elitanı tərk etmək ehtimalları barədə söhblərə yer vermirik. Bütün diqqətimizi çempionata fokuslamışıq. Qarşımıza qoyduğumuz hədəfə nail olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik".
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay