
Futbol / Gündəm
19.12.2024, 09:51
“Qarabağ” səfərdə
Bu gün Misli Premyer Liqasında III turdan təxirə salınan oyun keçiriləcək.
Forvard.az xəbər verir ki, son çempion “Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşacaq.
Turnir cədvəlinin birinci pilləsində qərarlaşan Ağdam klubu qalib gəlsə, ilin sonuna bir tur qalmış qış çempionu olacaq. Uğursuzluq zolağından çıxa bilməyən “Şamaxı” isə sensasiyaya imza atmağa çalışacaq.
Qeyd edək ki, XVIII turun matçları dekabrın 20-22-də keçiriləcək.
Misli Premyer Liqası
III turdan təxirə salınan oyun
19 dekabr (cümə axşamı)
14:00. “Şamaxı” – “Qarabağ”
Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay