
Futbol / Gündəm
17.12.2024, 16:30
Addai: “Bizim üçün asan olmadı”
"Böyük hesablı qələbə qazansaq da, heç də bizim üçün asan oyun alınmadı. "Sumqayıt"da yeni baş məşqçi var. Onun rəhbərliyi altında komanda yaxşı irəliləyir. Oyuna gəlincə, "Elfsborq"a məğlubiyyətdən sonra bizə qələbə lazım idi. Düşünürəm ki, vacib qələbə və 3 xal qazandıq.
Bu sözləri Forvard.az - a açıqlamasında "Qarabağ"ın futbolçusu Emmanuel Addai deyib.
"Atlılar"ın legioneri qış çempionu olacaqlarına inanır: "Qarşıda bizi "Araz-Naxçıvan"la ilin son oyunu gözləyir, həmin matçda da qələbə qazanmaqla 2024-cü ili lider kimi başa vurmaq istəyirik".
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay