Dünən 16 Dekabrda Bakıdakı Four Seasons hotelində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfrans keçirildi. Baş tutan tədbirdə idman yarışlarında gender bərabərliyinin gözlənilməsinin əhəmiyyətindən də danışıldı. Tədbirdə iştirak edən futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Aslan Kərimov da iştirakçılar arasında idi. Veteran futbolçu konfransla bağlı fikirlərini Forvard.az - a açıqladı.


"Belə tədbirlərin ölkəmizdə keçirilməsi çox xoşdur. Həmçinin bu cür beynəlxalq konfranslar həm bizim, həm də başqa ölkələrin idmançıları üçün faydalıdır. Bildiyiniz kimi bu yay Parisdə keçirilən Yay Olimpiya oyunları zamanı gender bərabərliyinin pozulmasıyla da yadda qaldı. Mən demokratik dəyərlərin və qadın-kişi hüquqlarının qorunmasının əlehinə deyiləm. Amma bu o demək deyil ki, "demokratik dəyərlər" adı altdında idman prinsipləri ayaqlar altına alınmalı və idmanıçıların hüquqları pozulmasına rəvac verilməlidir. Çox təəsüflər olsun ki, son olimpiyada zamanı transgender ilə qadınlar arasında yarış keçirməklə həm gender bərabərliyi, həm də idman prinsipləri aşkarca pozuldu. Yaradılışdan və təbiətdən gələn dəyişməz qayda var ki, qadın ilə kişinin fiziki gücü və fizioloji bədən quruluşu fərqlidir. Məhz bu fərqlilikdən dolayı da hər cins öz cinsi və müvafiq çəki üzrə yarışmalıdır. Eləcə də qadın ilə kişilərin yarışmasında mövcud normativlər dəyişdirməyə cəhd heç bir məntiqə sığmır. İstər bir insan, istər idmançı, istərsə də azərbaycanlı olaraq idmanda bu cür əməllərə yol verilməsini qınayıram. Xoş hal odur ki, artıq Avropada da bu məsələnin həlliylə bağlı işlərə başladılıb. İnanıram ki, ölkəmizdə təşkil olunan antidopinq tədbirində qadın və kişi idmançılarının hüquqlarının qorunmasıyla bağlı səsləndirilən fikirlər əməldə də həyata keçiriləcəkdir".

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

Arif Əsədov: “Qarabağ”la ancaq qürur duymalıyıq”

Adil Mahmudov “Qarabağ”ın “Çelsi” ilə görüşdə uğur qazanacağına inanır

“Qarabağ” azarkeşlərin arzusunun həyata keçirir: Hücumçu ilə danışıqlar başladı FOTO

Azərbaycan yığmalarının İslamiadada ilk sınaqları

"Real" - "Liverpul"u, PSJ - "Bavariya"nı sınağa çəkəcək

Veteran cüdoçumuz dünya üçüncüsü olub

"Beşiktaş" danimarkalını transfer etməyi planlaşdırır

Azərbaycanın dağları var, bəs Alpinizm Federasiyası?

Röyadan sürpriz qərar

I Liqanın bombardiri: “Neftçi”yə bir az şok yaşatdıq”

Qardaşından Röyaya sürpriz bəstə

Azər Bağırov kubokdakı böyük hesablı qələbələrindən danışdı

Qəzənfər Abbasov: “Futbolçularımın gücü çatmadı...”

“Ganjavi Holding” prezidenti sentyabr ayı üçün iki mukafata layiq görülüb

Azərbaycan Futbolunda Yeni Dövr: PFL bunu da bacardı

Xəqani Məmmədov:“Ağdamlılar təzyiqə dözməli və boşluqlar verməməli idi”

Ceyhun Sultanov “Qarabağ”ın daha çox qol vurmalı olduğunu dedi

Şəki klubunun baş məşqçisi: “İnşallah ki, allah utandırmaz”

İlham Yadullayev komandasının ilk qələbəsindən danışdı

Rüstəm Məmmədov yetirmələrinin oyunundan razıdır

Klub prezidenti: “Hakimlər robot deyillər”

“Göyəzən”in yeni prezidenti hədələrini açıqladı

"Traktor" Çempionlar Liqasında darmadağınla qalib gəldi

Tarixində ilk dəfə İsveç çempionu oldu

Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə keçirilib - FOTOLAR

Urfan İsmayılov: “Qarşımıza məğlubityyətsizlik seriyası yox, çempionluq hədəf qoyulub”

“Şirvan”ın baş məşqçisi ilk “5-liy”i hədəfləyir

Cüdoçularımız Meksika Qran-prisində üç medal qazandılar

"Əl-Hilal"ın futbolçusu "Fənərbaxça"nın hədəfində

“Qaradağ Lökbatan”ın futbolçusu: “II Liqada asan rəqib yoxdur”

Müğənni Elçin Cəfərov bu gün doğum gününü qeyd etdi

Tural Qurbatov: “İstəməzdik ki, belə nəticə olsun...”

Het-rik edən futbolçudan qələbə şərhi

Abubakar Bakıda “Neftçi” ilə müqavilə imzalayır

“Göyəzən”in yeni baş məşqçisi: “Çalışacağıq ki, layiqli mübarizə aparaq”

Amit Quluzadə U-21 yığmamızın əmin əllərdə olduğunu düşünür

Azərbaycan şahmatçıları təltif olundular

Bütün xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930