
Futbol / Gündəm
17.12.2024, 10:40
Millimizin rəqibinə diskvalifikasiya təhlükəsi
Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna ciddi itki ilə üzləşə bilər.
“Çelsi”də çıxış edən futbolçusu Mixail Mudrik diskvalifikasiya təhlükəsi ilə üzləşib.
23 yaşlı yarımmüdafiəçinin dopinq testi müsbət nəticə verib. A testində qadağan olunmuş preparat aşkarlanan futbolçunun B probunun yoxlanacağı gözlənilir.
Qeyd edək ki, Mudrik Konfrans Liqasının noyabrın 28-də keçirilən “Hoffenhaym”la matçından (2:0) sonra dörd oyunu buraxıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay