Misli Premyer Liqasının 17-ci turunun bağlanış oyunu “Qarabağ” – “Sumqayıt” görüşüylə baş tutdu. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada ağdamlılar rəqibini 5:0 hesabıyla darmadağın etdi. Matçdan sonra “atlılar”ın kapitanı Bədavi Hüseynov Forvard.az – a danışdı.

-“Elfsborq” səfərindən sonra doğma meydanda “Sumqayıt”ı darmadağın etdiz. Oyunla bağlı fikirlərin maraqlıdır...


-Ağır səfərdən qayıtmışdıq. Həmçinin rəqibimizin də yaxşı formada olduğunu bilirdik. Onlar yeni məşqçinin rəhbərliyi altında 12 xal toplayıblar. Əks-hücumda oynamağı bacarırlar. Odur ki, belə ciddi rəqiblə ehtiyatlı oynamalı və qələbə qazanmalıydıq, bizə xal lazım idi. Səfər yorğunluğuna baxmayaraq, meydana çıxdıq, mübarizə apardıq və vacib qələbə qazandıq.

-İsveçdə uğursuzluğunuz səbəbi nə idi? Toparlanmaqda çətinlik çəkdiz yoxsa şansız gün idi?


-Deməzdim ki, pis oynadıq. Topa nəzarət bizdəydi, həmçinin yaxşı qol imkanlarımız da oldu. Avropa Liqasının hazırkı mərhələsində nədənsə bəxtimiz gətirmir. Matçlarda yaxşı oynayır, çoxsaylı qol imkanları yaradırıq, amma fərqlənə bilmirik. Bunun üzərində çox çalışmalıyıq. Həvəsdən düşmürük, irəlidə daha iki oyunumuz var. Həmin matçları müsbət notlarla tamamlamalıyıq. Hələ də şanslarımız var. Keçirdiyimiz oyunların hər birinə nəzər yetirib nəticə çıxaracağıq.

-“Kimyaçılar”la oyunun ilk yarısında travma alaraq əvəzləndin. Zədənlə bağlı ilkin diaqnoz necədir?

-Ümid edirəm ki, ciddi nəsə yoxdur. Bir qədər ağrı hiss etdim və əvəzlənməyimizi istədim. Sabah MRT müayinəsi olacaq və ondan sonra daha dəqiq bilinəcək.


-“Sumqayıt” üzərində böyük hesablı qələbədən sonra yenidən zirvədəsiz. Qarşıda ən yaxın izləyiciniz “Araz-Naxçıvan”la oyununuz var. Qış fasiləsinə lider kimi yollana biləcəksizmi
?

-Təbii ki, qələbə qazanıb qış çempionu kimi fasiləyə yollanmaq istəyirik. Amma bizə asan olmayacaq. “Araz-Naxçıvan” çox güclü komandadır, onlar döyüşkən futbol sərgiləyirlər. Muxtar Respublika təmsilçisi 16 oyun idi məğlub olmurdular, həmçinin “Sabah”a uduzduqları qarşılaşmada da oyun planında üstün idilər. İstənilən halda bizi gərgin matç gözləyir.

ABDULLA İSMAYILOĞLU



Son xəbərlər

"Sumqayıt" ölkə kubokunda buna razılaşdı

Abe, Kokauri və Əliyeva - "Böyük Dəbilqə"nin AFİŞASINDA

Azərbaycan çempionatında 1/4 final mərhələsi başlayır

"İnter" 2019-cu ildən sonra A Seriyasında ilk dəfə böyük hesabla uduzub

AFFA “Vətən” - “Neftçi” oyunu ilə bağlı araşdırmaya başladı

Oteldə qızla tanışlıq üçün qalmaqal yaradan futbolçunu belə cəzalandırdılar

Ramos bu kluba KEÇDİ

Tural Əsgərov: "Romaonun gedişi "Qarabağ"ın ziyanına işləyəcək"

Millimizin rəqibləri bəlli oldu - PÜŞK

"Arxayınlaşmaq olmaz, növbəti görüşü gözləyəcəyik"

Azərbaycan millisi Latviya çempionatında iştirak edəcək

Voleybolçularımızın komandası “Porto”ya qalib gəlib

Azərbaycan birinciliklərinə start verilib

“Azərreyl” ikinci pilləyə yüksəlib

Emin Abbasov: "Limitinin ləğvi ilə bağlı qərarı futboldan yetəri qədər anlayışı olmayan şəxslər verib"

Amit Quluzadə: "Gedənlərin qabağını kəsmədim"

Tural Piriyev: “Müasir futbolun şərtlərdən biri də odur ki...”

Diana Məmmədova rusları necə təəccübləndirib?

Mahir Şükürov yeni biznes qurdu

Joao Feliks "Milan"da

Azərbaycan Yunanıstanı qəbul edir

Autsayder “Gəncə”yə, lider “Azərreyl”ə qarşı

Londonda geridönüş - VİDEO

Nurlan Novruzov 40 yaşına kimi futbol oynamaq istəyir

AFFA-nın yeni baş katibi dəqiqləşib - RƏSMİ

İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar

“Çelsi” müdafiəçisinin icarəsini razılaşdırıb

Konsept trenajorda federasiya birinciliyi keçirildi FOTOLAR

"Arsenal" "Mançester Siti"ni darmadağın etdi - VİDEO

Azərbaycanlı futbolçu oynadı, komandası bərabərə qaldı

"Böyük Dəbilqə"nin nəticələri

Hidayət Heydərov - 2024-cü ilin ən yaxşı cüdoçusu

Kənan Kərimov: “I Liqada zəif rəqib, autsayder yoxdur”

Mahmud Qurbanov: “Yəgin məni də xatırlayanlar tapılar…"

Cüdoçumuzdan möhtəşəm nəticə

Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarının vaxtı açıqlandı

Azərbaycan çempionatında IX turun oyunlarının vaxtı açıqlandı

Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728