
Futbol / Gündəm
23.09.2024, 09:00
Cosqun oynadı, komandası 1 xal qazandı
Azərbaycanlı futbolçu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
Forvard.az xəbər verir ki, "Bandırmaspor" "İstanbulspor"un qonağı olub, görüş heç-heçə ilə yekunlaşıb.
6-cı tur çərçivəsində keçirilən qarşılaşmada hesab açılmayıb. Liderlə görüşdə start heyətində yer alan Coşqun 84-cü dəqiqədə əvəzlənib. Diniyev bundan 3 dəqiqə əvvəl sarı vərəqə ilə cəzalandırılmışdı.
Qeyd edək ki, "Bandırmaspor" 6 oyundan sonra 8 xal toplayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay