
Futbol / Gündəm
4.12.2024, 23:54
"Neftçi"nin futbolçusu: Samir Abbasov çox...
“Neftçi” ölkə kuboku 1/8 final mərhələsində “Difai Ağsu”nu qəbul etdi. Ağ-qaralar” aşağı liqa klubunu 6:0 hesabıyla darmadağın etdi. Bakı təmsilçisinin heyətində Yeqor Boqomolski dublu ilə yadda qaldı. Belarus futbolçu matçdan sonra Forvard.az-a danışdı.
- Oyunla bağlı fikirlərin maraqlıdır…
- Yaxşı oyun alındı, layiqli qələbə qazandıq. İrəli baxmalı və uğurumuzun ardını gətirməliyik
- Bu gün dubl ilə yadda qaldın, het-trik etməyin üçün nə çatmadı?
- Bu gün çox saylı qol imkanlarım oldu, prinsip etibarıyla yenə fərqlənə bilərdim, amma alınmadı.
- Bu iki qol qarşıdakı oyunlarda sənin üçün əlavə motivasiya olacaqmı?
- Mənim motivasiyam həmişə yerindədir. Qol vurub-vurmamağıma rəğmən motivasiyam aşağı düşmür.
- “Qarabağ”a məğlubiyyətdən sonra komandada motivasiya necədir?
- Təbii ki, həmin oyundan sonra qəmgin idik. Amma hazırda əhval-ruhiyyəmiz qaydasındadır. Hesab edirəm ki, doğru yoldayıq, oyundan-oyuna daha da yaxşı formaya düşəcəyik.
- Samir Abasovu məşqçi kimi necə xarakterizə edərdin? O, Komandada nəyi dəyişib?
- Samir Abasov çox emosional, komandanı hər oyuna yaxşı kökləyən mütəxəssisdir.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay