Futbol / Gündəm
2.12.2024, 10:11
“Neftçi” 20-ci dəfə böyük hesabla məğlub olub
“Neftçi” Azərbaycan çempionatlarında 20-ci dəfə böyük hesabla məğlub olub.
Forvard.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XV turuna təsadüf edib.
“Ağ-qaralar” öz meydanında “Qarabağ”a 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, 1992-ci ildən ölkə çempionatlarının daimi iştirakçısı olan “Neftçi” 6 dəfə evdə, 14 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub. İlk belə məğlubiyyət (0:3) 1992-ci il mövsümündə Sumqayıt “Xəzər”i ilə səfər matçına təsadüf edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay