Futbol / Gündəm
18.11.2024, 14:26
Niderland yığmasının iki futbolçusu Millətlər Liqası matçını buraxacaq
Niderland yığmasının iki futbolçusu Millətlər Liqasında Bosniya və Herseqovinaya qarşı matçda iştirak etməyəcək.
Forvard.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ronald Kuman açıqlama verib.
O, Vircil van Deyk və Frenki de Yonqun sözügedən oyunda meydana çıxmayacağını söyləyib.
Mütəxəssis tibbi səbəblərə görə bu qərarın verildiyini bildirib.
Qeyd edək ki, Bosniya və Herseqovina - Niderland qarşılaşması noyabrın 19-da baş tutacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay