
Futbol / Gündəm
22.09.2024, 23:14
Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub
Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunları başa çatıb.
Forvard.az xəbər verir ki, turun bağlanış matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.
Səfərdə "Sumqayıt"ın qonağı olan "Zirə" 2:0 hesablı qələbə qazanıb.
Paytaxt təmsilçisinin heyətində 22 və 69-cu dəqiqələrdə fərqlənən Rafael Utziq dubl müəllifi olub.
Qeyd edək ki, VII turun əvvəlki oyunlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" 'Turan Tovuz"u 2:1, "Sabah" isə "Səbail"i 4:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay