Futbol / Gündəm
17.11.2024, 09:00
UEFA Millətlər Liqasında V tura yekun vurulub
UEFA Millətlər Liqasında V tura yekun vurulub.
Forvard.az xəbər verir ki, son oyun günündə 9 qarşılaşma keçirilib.
Qəbələdə Estoniya ilə qolsuz bərabərə qalaraq turnirdə ilk xalı qazanan Azərbaycan yığması ilə yanaşı, Türkiyə yığması da daha bir oyun keçirib.
Belə ki, B Liqasının IV qrupunda yer alan Türkiyə millisi Uelsi qəbul edib və tərəflər qolsuz bərabərliklə meydandan ayrılıblar. A Liqasının III qrupunda qərarlaşan Almaniya isə Bosniya və Herseqovinanı sınağa çəkib. Oyun böyük hesabla bitib.
Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan İsveç və Slovakiya komandaları isə öz aralarında qalibi müəyyənləşdiriblər. Şimal ölkəsi soyuqqanlılıqla meydandan qalib ayrılıb.
UEFA Millətlər Liqası
V tur
16 noyabr A Liqası
III qrup
Almaniya - Bosniya və Herseqovina – 7:0
Niderland – Macarıstan – 4:0
B Liqası
I qrup
Gürcüstan – Ukrayna – 1:1
Albaniya – Çexiya – 0:0
IV qrup
Monteneqro – İslandiya – 0:2
Türkiyə - Uels – 0:0
C Liqası
I qrup
Azərbaycan – Estoniya – 0:0
İsveç – Slovakiya – 2:1
D Liqası
II qrup
Andorra – Moldova 0:1
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay