Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya seçməsini qəbul edəcək.

Forvard.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün məşqin səhər saatlarında olmasının xüsusi səbəbi var?

- Səbəb odur ki, komandanın bərpa olmaq üçün daha çox vaxtı olsun. Milli bir həftədir buradadır, gündə iki məqşimiz olur. Komanda oyuna çox yaxşı hazırlaşıb. Düşündük ki, futbolçuların bərpa olunmaq üçün 24 saat vaxtları olsun.

- Dörd oyundan sonra komandanın aktivində xal yoxdur. Baş məşqçi kimi belə nəticəni gözləyirdiz?

- Əlbəttə ki, oyunları təhlil edəndə çatışmayan cəhətləri görürük. Son iki matçda komanda yaxşı oynadı, futbolçularımız inkişaf edir. Estoniya ilə matçda yaxşı oyun nümayiş etdirdik. Qapımızda gözlənilməz qollar buraxdıq. Səhvlərimizi görürük. Bunları aradan qadırmağa çalışırıq. Slovakiyaya qarşı da yaxşı oynadıq. Qırmızı vərəqə hər şeyi dəyişdi. Futbolda belə detallar vacibdir. Oyunçularım yaxşı məşq ediblər, çox istəklidirlər, pozitiv nəticə qazanmaq üçün sabah əllərindən gələni edəcəklər. Oyundan-oyuna inkişaf edirik, istədiyimiz yerə gəlib çatacağıq.

- Millimiz qrupu xalsız bitirsə. Gələcəyinizlə bağlı qərarınız necə olacaq?

- Mənim 2028-ci ilə qədər müqaviləm var. Məqsədimiz yaxşı heyət qurmaqdır. Azərbaycan millisinə indiyə qədər əldə etmədiyi uğurları qazandırmaq istəyirik. Bütün bunları 2027-ci ildə təhlil etmək olacaq.

- Milliyə futbolçular dəvət edərkən ictimaiyyətin fikrini nəzərə alırsız? Rüfət Abdullazadə də yığmaya dəvəti gözlənilən oyunçulardan idi. Onu izləyirsiz?

- Bütün oyunları izləyirəm, futbolçuların hamısını tanıyıram. Heyətlə bağlı verilən bütün qərarlar mənə aiddir. Kənardan deyilən heç bir fikir mənə təsir etmir. Kimin bizə kömək edəcəyini düşünürəmsə, onu da milliyə dəvət edirəm.


Son xəbərlər

Zaur Həşimov: “Yerinə düşmüş iki yoldaş oyunu olacaq”

Fərid Namazov: “Nə mübarizədən qopmaq, nə də panikaya düşmək fikirindəyik”

“Böyük Dəbilqə”də cüdoçularımızın rəqibləri bəlli olub - PÜŞK

I Liqa: XXI turun oyun cədvəli

"Fransızlar belə Messinin qazanmasını istəyirdi"

İngiltərə millisinin üzvü "Milan"a keçə bilər

Ayxan Abbasov Emre Belözoğlu ilə görüşdü

Dibala mövsümü erkən başa vurdu: əməliyyat olunacaq

Haiti Sumqayıta qələbə seriyası ilə gəlib

Azərbaycan çempionatında qardaşların liderliyi - STATİSTİKA

Elvin Camalov: "Rəqibdən asılı olmayaraq özümüzü düşünürük"

Azərbaycan çempionatında son 9 mövsümün rekordu vurulub

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şəkidə

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

U-17 millimiz seçmə mərhələdə ilk oyununu keçirdi

2-ci Liqa: "Hypers Quba"dan heç-heçə, "Şimal" və "Dinamo" qələbə qazandı

"Şəki" vahid lider olub, "Sabah"dan asan qələbə, qalib gəlib, “Neftçi” gözləyir - FOTO

Ceyhun Sultanov: “Onlar yoxdursa, yerlərinə başqa 25 futbolçu var”

PSJ van Deykə 100 milyon avro maaş təklif edəcək

"Neftçi"nin şikayəti təmin olunmadı

AFFA rəhbərliyindən veteran futbolçuya xatirə hədiyyəsi

"Qarabağ"ın müqavilə bağlamaq istəmədiyi legionerə 3 TƏKLİF VAR

"İnter"in hücumçusu "Arsenal"a keçə bilər

"Neftçi"nin futbolçusu "Araz-Naxçıvan"la matça hazır olacaq?

AFFA "Sabah" və "Qarabağ"ı cərimələdi

Hidayət Heydərov 9 aydan sonra tatamiyə qayıdır

Manuel Noyer milliyə qayıdır?

Bir kimi birlikdə - FOTO

Avropa çempionatı: 13 ölkə sifariş ərizəsini göndərib, Azərbaycan gözləyir

Şəkidə liderlərin dueli

Millimiz Albaniya ilə üz-üzə

Avropa çempionatı: İskəndərovdan ilk uğursuzluq, Muradlı liderlər qrupunda

Avropa çempionatı: İskəndərovdan ilk uğursuzluq, Muradlı liderlər qrupunda

"Yəqin ki, hazırkı performansım Santuşu qane etmir, milliyə dəvət edilmək üçün daha yaxşı olmalıyam" - MÜSAHİBƏ

UEFA-nın dəstəyi ilə Lənkəranda “Qızlar Futzal Kuboku” keçirilib

"Mançester Siti" ÇL-ə vəsiqə qazana bilməsə, əsas forvardını itirəcək

Lider “Gəncə” ilə üz-üzə

Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31