
Futbol / Gündəm
14.11.2024, 14:48
UEFA Qəbələ stadionunun tribunalarına girişi məhdudlaşdırdı
Millətlər Liqasının 5-ci turunun Azərbaycan və Estoniya milli komandaları arasında Qəbələdə keçiriləcək oyununa bilet satışı davam edir.
Forvard.az Qol.az-a saytına istinadən xəbər verir ki, satışa 1800 bilet çıxarılıb, ondan da 800-ü artıq satılıb.
Qeyd olunmalıdır ki, Qəbələ şəhər stadionu 4500 tamaşaçı tutumu var. Amma UEFA-nın stadionun iki tribunasına girişi məhdudlaşdırılıb. Buna səbəb həmin tribunaların dəmir konstruksiyalı olmasıdır. Bu səbəbdən bu oyun üçün stadionun tutumu iki dəfədən çox azalıb.
Xatırladaq ki, noyabrın 16-da keçiriləcək Azərbaycan - Estoniya oyunu saat 18:00-da başlayacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay