Komandanın baş məşqçisi Forvard.az-a açıqlamasında sponsor tapılmadığından, "Karvan"ın hazırda mövcud olmadığını bildirib.

“Karvan” da belə getdi: “Komandanın dağılmaması üçün PFL-ə də müraciət etmişdim”

Posted by

kenan kerimovÖtən il I Divizionda mövsümün startına az vaxt qalmış fəaliyyətini yenidən bərpa edən “Karvan” klubu yenidən dağılıb. Buna səbəb isə təbii ki, maliyyə problemləridir. Komandanın baş məşqçisi Kənan Kərimov Forvard.az-a açıqlamasında sponsor tapılmadığından, “Karvan”ın hazırda mövcud olmadığını bildirib: “Komanda nə məşq edir, nə də məşq etməyə futbolçusu var. Çempionatın da startına az vaxt qalıb. Bundan sonra çətin ki, komanda çıxışını davam etdirsin. Əslində, “Karvan”ın yaşaması üçün çox yerə müraciət etmişdim. Onlardan biri də Peşəkar Futbol Liqası idi. Lakin heç yerdən bir xəbər çıxmadı”.

Comments are closed.